banner
banner

İqtİsadİyyat

Azərbaycan neftinin qiyməti 105 dolları keçib

Azərbaycan neftinin qiyməti 105 dolları keçib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 10,15 ABŞ dolları və ya 10,63 % artaraq 105,58 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 100,66 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 10,23 ABŞ dolları və ya 11,19 % artaraq 101,63 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir./Report



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dollar və manatla bağlı risk var? — AÇIQLAMA

Qlobal maliyyə bazarlarında aparıcı valyutaların, xüsusən də ABŞ dollarının məzənnəsində baş verən dalğalanmalar dünya iqtisadiyyatının gündəmindən düşmür. Geosiyasi gərginliklər, mərkəzi bankların faiz siyasəti və xammal bazarlarındakı qeyri-müəyyənliklər fonunda formalaşan bu dəyişikliklər milli iqtisadiyyatlara fərqli formalarda təsir göstərir. Azərbaycanın xarici ticarət dövriyyəsində idxal məhsullarının mühüm paya sahib olması valyuta bazarındakı trendlərin ölkənin daxili istehlak bazarı və qiymət dinamikası baxımından diqqətlə monitorinq edilməsini zəruri edir. Çünki xarici valyutaların dəyər qazanması və ya itirməsi birbaşa yerli bazardakı xidmət və məhsul sahələrinin maliyyə dayanıqlığına təsir etmək rıçaqlarına malikdir.

Bu xidmət bahalaşa bilər — AÇIQLAMA

Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, mopedlərin texniki baxışdan keçirilməsi, qeydiyyatı, dövlət nömrə nişanlarının verilməsi, eləcə də sürücülük vəsiqəsinin alınması üçün imtahan və sənədləşmə prosesləri üzrə müxtəlif məbləğlərdə rüsumların tətbiqi nəzərdə tutulur. Təkliflər təsdiqlənərsə, moped sahibləri üçün həm ilkin qeydiyyat, həm də sürücülük vəsiqəsi əldə etmə xərcləri artmış olacaq.

Manatla bağlı MÜHÜM MƏLUMAT

Bu il mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,9 bənd təşkil edib.