"TikTok" platformasında etik normalara zidd və yayılması qadağan olunan məlumatlar paylaşan "Qarabəy" səhifəsinin rəhbəri Qarabəy Şərifov polis tərəfindən saxlanılıb.
Musavat.com "Unikal"a istinadla xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi (internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Xəzər Rayon Məhkəməsinin qərarına əsasən, Qarabəy Şərifov inzibati qaydada 20 sutka müddətinə həbs edilib.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.