Ticarət mərkəzlərindən oğurluq edən şəxs saxlanıldı
Paytaxtın Nərimanov və Nəsimi rayonlarında yerləşən ticarət mərkəzlərindən oğurluqlar edilməsi barədə polisə müraciət daxil olub.
Cia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 41 yaşlı V. Kotlyar müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun eyni gündə əvvəlcə 1200 manat dəyərində qızıl-zinət əşyaları, içərisində mobil telefon və bank kartları olan çanta oğurladığı aşkar edilib.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.