Gürcüstanda ölkənin dini lideri, bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatı ilə əlaqədar ümummilli matəm elan edilib.
Cia.az xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyası rəsmi məlumat yayıb. Bildirilir ki, qəbul olunan qərar ölkə üzrə bütün dövlət strukturlarını əhatə edir və matəm günlərində bir sıra rəsmi tədbirlərin təxirə salınması da nəzərdə tutulur.
Məlumata əsasən, hökumətin qərarı ilə respublika ərazisində yerləşən bütün inzibati binalarda dövlət bayraqları yarıyadək endiriləcək. Bununla yanaşı, dövlət qurumlarında və ictimai məkanlarda matəm ab-havasının qorunması üçün müvafiq qaydalara əməl olunması tələb olunur.
Qeyd edək ki, II İliya Gürcüstanın dini həyatında mühüm rol oynayan simalardan biri olub və onun vəfatı ölkə ictimaiyyətində dərin hüznlə qarşılanıb.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.