banner
banner

Krİmİnal

Ağdamda AĞIR QƏZA: ölən və yaralananlar var

Ağdamda AĞIR QƏZA: ölən və yaralananlar var

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ağdamda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

İdarədən Cia.az-a verilən məlumata görə, Ağdam rayon sakini 17 yaşlı yeniyetmə hüquqsuz idarə etdiyi həmkəndlisinə məxsus “KİA” markalı avtomobillə Quzanlı-Əfətli yolunda hərəkətdə olarkən, idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Yüksək sürət olduğu ehtimal edilən qazada nəqliyyat vasitəsi ciddi deformasiyaya uğrayıb, avtomobilin sürücüsü və sərnişini – 18 yaşlı Çəmənli kənd sakini Cavid Musayev isə xəstəxanaya çatdırılıb. Görülən tədbirlərə baxmayaraq Cavid Musayevin həyatını xilas etmək mümkün olmayıb.

"İki gəncin həyatını dəyişən sözügedən hadisə bir daha göstərir ki, yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən şəxslərin, xüsusilə uşaq və yeniyetmələrin avtomobilin sükanı arxasına keçməsi böyük risk və bəzən də bərpası mümkün olmayan itki deməkdir.

Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, yaxud nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, xüsusilə valideynləri, azyaşlılara örnək olan böyükləri gələcəyimizi təhlükədən birgə qorumağa çağırır", məlumatda deyilir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Toydan qayıdarkən maşın aşdı - Yaralılar var

Oğuzda avtomobil aşıb. Musavat.com “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, Böyük Söyüdlü kənd sakini, 1971-ci il təvəllüdlü Yunisov Oybek İsrafiloviç idarə etdiyi “Mitsubishi” markalı avtomobil yol kənarına aşıb.