banner
banner

Maraqlı

Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

NASA mütəxəssisləri martın 18-də təyyarə ölçüsündə olan "2026 FB" asteroidinin Yerin yaxınlığından keçəcəyi barədə məlumat yayıblar.

Asteroid planetimizin yanından saatda təxminən 55 000 kilometr sürətlə keçəcək. Alimlərin qiymətləndirməsinə əsasən, kosmik cismin eni təqribən 21 metrdir.

Obyektin planetimizə ən çox yaxınlaşacağı məsafə 1.1 milyon kilometr təşkil edəcək. Ekspertlər bildirirlər ki, bu məsafə Yerdən orta hesabla 385 min kilometr aralıda yerləşən Ayın orbitindən kifayət qədər uzaqdır.

Səma cismi planetimiz üçün heç bir təhlükə yaratmır. NASA nümayəndələrinin sözlərinə görə, bu ölçüdə olan obyektlər hətta atmosferə daxil olsalar belə, yer səthinə çatmadan yanaraq məhv olurlar.//Oxu.Az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər

Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.

Pendir əhvalı yaxşılaşdırır

Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur. Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər