banner
banner

Maraqlı

Qara corab təyyarədə problem YARADIR

Qara corab təyyarədə problem YARADIR

Təyyarə ilə səyahətə çıxarkən turistlər çox vaxt sadə görünən, lakin sonradan istirahətlərini korlaya biləcək bəzi məqamları nəzərə almırlar. Xüsusilə də söhbət geyimdən gedəndə bu məsələlər daha çox əhəmiyyət kəsb edir. Məsələn, adi qara corabların belə problem yarada biləcəyini çoxları düşünmür.

25 illik təcrübəyə malik britaniyalı təyyarə bələdçisi Kris Meycorun bu barədə danışıb.

"Gecə reyslərində, təyyarə salonunda işıq zəif olduqda, sərnişinlər tez-tez ayaqqabılarını çıxarıb ayaqlarını keçidə uzadırlar. Onun sözlərinə görə, belə vəziyyətdə ekipaj üzvləri yuxuya getmiş sərnişinin ayaqlarını son ana qədər görməyə bilər. Bu isə ekipaj üzvünün ayağa ilişib yıxılmasına, salonda qarışıqlığın yaranmasına, yatmış sərnişinlərin oyanmasına və hətta ekipajın və ya digər sərnişinlərin xəsarət almasına səbəb ola bilər.

Kris Meycor izah edib ki, dar keçiddə ekipaj üzvləri tez hərəkət edir, bəzən isti içkilər daşıyır və tez-tez çantaların, sərnişinlərin dirsəklərinin və yarıyuxulu insanların yanından keçməli olurlar. Döşəmə səviyyəsində çətin görünən hər hansı bir əşya isə potensial qəza riskidir". /lent.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər

Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.

Pendir əhvalı yaxşılaşdırır

Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur. Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər