Qolaltı qaralması xüsusilə yay aylarında daha qabarıq görünən və estetik narahatlıq yaradan dəri problemlərindən biridir. Dezodorant istifadəsi, ölü dəri hüceyrələrinin yığılması və sürtünmə kimi amillər bu vəziyyətin yaranmasına səbəb ola bilər.
Hindqozu yağı və soda qarışımının qolaltının rəngini açmağa kömək etdiyi iddia olunur. Soda pilinq təsiri sayəsində dərinin səthində toplanmış ölü hüceyrələrin təmizlənməsinə yardım edir. Hindqozu yağı isə dərini nəmləndirərək qıcıqlanmanı azaltmağa dəstək olur.
Cia.az sözügedən qarışımın hazırlanma üsulunu təqdim edir.
1 çay qaşığı hindqozu yağı və yarım çay qaşığı soda qarışdırılaraq məcun halına gətirilir. Qarışım təmiz və quru qolaltına tətbiq olunur, 1-2 dəqiqə masaj edildikdən sonra 5 dəqiqə saxlanılır və ilıq su ilə yuyulur. Həftədə 1–2 dəfə istifadə edilməsi tövsiyə olunur.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.