banner
banner

Gündəm

Rəsulzadənin öz əliylə əkdiyi qarağac - FOTO

Rəsulzadənin öz əliylə əkdiyi qarağac -

Tədqiqatçı-jurnalist Nəcibə Bağırzadə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə ilə bağlı diqqətçəkən paylaşım edib.

Cia.az xəbər verir ki, araşdırmaçı Rəsulzadənin Bakı kəndlərindən olan Ramana kəndi ərazisində öz əli ilə əkdiyi qocaman qarağac ağacının fotosunu ictimaiyyətlə bölüşüb.

Nəcibə Bağırzadə bildirib ki, sözügedən ağacın yaşı 100 ildən çoxdur. Onun sözlərinə görə, bu ağacla bağlı araşdırmasını illər əvvəl “Mənim qarağacım” adlı məqaləsində dərc etdirib.

Araşdırmaçı qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin Ramana kəndi və burada yaşayan müsavatçılarla sıx əlaqələri olub. Bildirildiyinə görə, qarağac ağacı Rəsulzadə tərəfindən dostu Muradın həyətində əkilib. Murad isə sonradan oğluna dostunun – Məhəmməd Əmin bəyin adını verib. Həmin adaşın məzarı hazırda Ramana qəbiristanlığında yerləşir.

“Ramanaya hər gedəndə mütləq o qarağacı da salamlayıram. Məhəmməd Əmin Rəsulzadənin ideyaları, əsərləri, keçdiyi yol kimi, bütün yadigarları dəyərlidir. Sonsuz sevgi və minnətdarlıqla yad edirəm”, – deyə Nəcibə Bağırzadə paylaşımında vurğulayıb.

Qeyd edək ki, Rəsulzadənin həyat və fəaliyyəti ilə bağlı bu kimi tarixi izlər milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Şahanə Rəhimli,
Musavat.com

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 92,6 min nəfər olub. Xüsusilə körfəz ölkələrindən gələn turistlərin sayında 31,4 faizlik azalma qeydə alınıb.

Həmin sürücüləri 100 manat cərimə gözləyir — Açıqlama

Sosial şəbəkələrdə azyaşlı uşaqların avtomobillərin ön oturacağında əyləşdirildiyini əks etdirən görüntülər yayılıb. Bu cür hallar ictimai müzakirələrə səbəb olur və uşaqların avtomobildə təhlükəsiz daşınması məsələsini yenidən gündəmə gətirir.

Azərbaycanda taksi fəaliyyəti dəyişir — Açıqlama

Dünyanın bir sıra ölkələrində süni intellekt və sensor texnologiyaları ilə idarə olunan sürücüsüz avtomobillər artıq real istifadəyə verilib. Xüsusilə taksi xidmətlərində tətbiq edilən bu nəqliyyat vasitələrində sərnişin avtomobilə əyləşir və avtomobil sürücünün iştirakı olmadan təyin olunan ünvana hərəkət edir.

22 iyul – sözün rəsmi ifadəsi günü

22 iyul millətin intibaha açılan qapısı, milli oyanışının başlanğıcıdır. Məhz bu tarixdə xalq sözünə sahib çıxaraq kimliyini, ana dilini və mənəvi dəyərlərini qorumaq yolunda mühüm addım atdı. 1875-ci ilin 22 iyulunda Azərbaycanda söz rəsmiyyət, tribuna və milli oyanışın ifadəsi oldu. Bütün çətinliklərə və basqılara baxmayaraq böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi tarixi ilkə imza ataraq “Əkinçi” qəzetini nəşr etdirdi və bununla da Azərbaycan milli mətbuatının təməlini qoydu. Patriarxal mühitin qatı qaranlığında cəhalətə və mövhumata qarşı ideoloji savaş açan Həsən bəy Zərdabi zülməti maarif nuru ilə yararaq xalqın milli özünüdərkinə, azad fikrin formalaşmasına və mütərəqqi ideyaların kök salmasına yol açdı.

Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU

ABŞ-ın Arkanzas ştatında yerləşən North Little Rock şəhərinin meri Terri Hartvikin qardaşı ölkə tarixinin ən böyük lotereya uduşlarından birinin sahibi olub. 2025-ci ilin dekabrında keçirilən Powerball tirajında qalib gələn şəxsin Treysi L. Hartvik olduğu rəsmi şəkildə açıqlanıb.