banner
banner

Dünya

İran ABŞ bazalarını bombaladı - SON DƏQİQƏ

İran ABŞ bazalarını bombaladı - SON DƏQİQƏ
 


İran İsrail Hərbi Hava Qüvvələrinin "Təl-Nof" aviabazasına hücum edib, həmçinin ABŞ-nin İordaniya ərazisindəki "Əl-Əzraq" bazasında yerləşən "F-35" və "F-15" qırıcılarına zərbələr endirib.

 Bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələr zamanı dronlardan istifadə olunub.

"İran İslam Respublikasının Silahlı Qüvvələri bu gün sübhdən etibarən İsrail Hərbi Hava Qüvvələrinin "Təl-Nof" aviabazasına, eləcə də "Əl-Əzraq" aviabazasında ABŞ-nin "F-35" və "F-15" qırıcılarının yerləşdiyi məkanlara zərbələr endirmək üçün ölkənin müxtəlif rayonlarından pilotsuz uçuş aparatlarını cəlb edib", - məlumatda bildirilib./Oxu24.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyədə həyat İFLİC OLDU

İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.