banner
banner

Sosİal

40 min abonentin qaz təchizatı DAYANDIRILACAQ

40 min abonentin qaz təchizatı DAYANDIRILACAQ

Sabah Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq.

Azəriqaz İB Sumqayıt QİS-dən Cia.az-a bildirilib ki, aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq martın 24-də saat 10:00-dan etibarən bir sıra ərazilərdə qazın verilməsi dayandırılacaq.

Məlumata görə, qaz təchizatında yaranacaq fasilə Yaşıldərə və Ceyranbatan qəsəbəsi, Qurd dərəsi, Novxanı, Corat bağları, Corat və Yeni Corat yaşayış massivləri, eləcə də Novruz qəsəbəsini əhatə edəcək.

Bununla yanaşı, Sumqayıt şəhəri üzrə 10, 11, 12, 13 və 17-ci mikrorayonların bir hissəsində, həmçinin 51-ci və 52-ci məhəllələrdə də qazın verilməsi müvəqqəti dayandırılacaq.

Qaz təchizatında fasilə ümumilikdə 40 minə yaxın abonenti əhatə edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.