Diyarbəkirın Yenişehir rayonunda bir evdə baş verən mübahisə qətllə nəticələnib. Cafer B. sevgilisi Aleyna Yarayı tapança ilə başından vuraraq öldürüb.
Hadisə axşam saatlarında Yenişehir rayonunun Üçkuyu məhəlləsində yerləşən evdə baş verib. Cafer B. ilə sevgilisi arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdən sonra Cafer B. tapança ilə Yarayın başına atəş açıb.
Hadisədən sonra Cafer B. təcili yardıma zəng edərək məlumat verib. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları göndərilib. Həkimlərin müayinəsi zamanı A.Yarayın həyatını itirdiyi müəyyən edilib.
Saxlanılan Cafer B. polis bölməsində aparılan əməliyyatlardan sonra məhkəmə qərarı ilə həbs edilib. /Lent.az
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.