banner
banner

Səhİyyə

SON DƏQİQƏ – YENİ KARANTİN QAPIDA! ÇOX TƏHLÜKƏLİ VİRUS DÜNYANI TƏHDİD EDİR

SON DƏQİQƏ – YENİ KARANTİN QAPIDA! ÇOX TƏHLÜKƏLİ VİRUS DÜNYANI TƏHDİD EDİR

Koronavirusdan daha təhlükəli xəstəlik iddiası: 34 hal narahatlıq yaratdı!

İngiltərədə meningokok infeksiyası ilə bağlı yayılan xəbərlər geniş rezonans doğurub və məsələ artıq yalnız lokal hadisə kimi deyil, daha geniş epidemioloji risk kontekstində qiymətləndirilir.

Cia.az xəbər verir ki, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) ilkin məlumatına görə, Kent bölgəsində, xüsusilə Kenterberi (Canterbury) ətrafında 34 yoluxma halı qeydə alınıb. Daha sonra aparılan laborator yoxlamalar nəticəsində bu rəqəm dəqiqləşdirilərək 23 təsdiqlənmiş hala qədər azaldılıb.

Bununla belə, mütəxəssislər qeyd edir ki, meningokok infeksiyası nadir rast gəlinməsinə baxmayaraq, son dərəcə təhlükəli xəstəliklər sırasına daxildir və qısa müddətdə ağır nəticələrə səbəb ola bilər. Xəstəlik əsasən beyin qişalarının iltihabı (meningit) və qanın zəhərlənməsi (sepsis) ilə müşayiət olunur. Yoluxma baş verdikdən sonra simptomlar sürətlə inkişaf edir, yüksək hərarət, güclü baş ağrısı, boyun sərtliyi, şüur bulanıqlığı, qusma və dəridə qan sızması ilə bağlı səpgilər müşahidə oluna bilər. Ağır hallarda infeksiya qana yayılaraq orqanların fəaliyyətini pozur və həyati risk yaradır.

 

Yoluxmaların əsasən Kent bölgəsində cəmləşməsi və bəzi halların ictimai məkanlar, əyləncə obyektləri və tələbə mühiti ilə əlaqəsinin araşdırılması infeksiyanın yayılma mexanizminə dair suallar doğurur. Epidemioloji əlaqələrin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

Rəsmi qurumlar vəziyyətin hazırda nəzarət altında olduğunu və geniş əhali üçün riskin aşağı qiymətləndirildiyini bildirir. Yoluxmuş şəxslərlə təmasda olanlara profilaktik antibiotik müalicəsi tətbiq olunur, risk qrupları üçün isə peyvəndləmə tədbirləri genişləndirilir.

Bununla yanaşı, mütəxəssislər vurğulayır ki, meningokok infeksiyası geniş yayılma xüsusiyyəti ilə deyil, fərdi hallarda sürətli və ağır gedişi ilə seçilir. Bu baxımdan bəzi ekspertlər xəstəliyin ayrı-ayrı hallarda koronavirusdan daha ağır fəsadlara səbəb ola biləcəyini qeyd edir. Əgər belə infeksiyalar lokal səviyyədən çıxaraq geniş yayılma mərhələsinə keçərsə, epidemioloji nəzarət tədbirlərinin, o cümlədən məhdudiyyətlərin tətbiqi istisna olunmur.

Hazırda vəziyyət səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və əsas məqsəd infeksiyanın yayılmasının qarşısını vaxtında almaq, dünyanı yenidən evə qapanmaqdan qorumaqdır.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

TƏCİLİ! TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilir

Prezident İlham Əliyev icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı mühüm Fərman imzalayıb. Sənədə əsasən, əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı sistem yenidən qurulur və bu sahədə bir sıra səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) verilir.

Bu körpələrə icbari tibbi sığorta ilə xidmət göstərildi

Vaxtından əvvəl doğulmuş azçəkili körpələrin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır. Ötən il azçəkili doğulan 1445 yenidoğulmuş küvəzdə xüsusi tibbi nəzarət altında saxlanılmış, tənəffüs çatışmazlığı diaqnozu qoyulan 2538 yenidoğulmuş isə oksigenlə, ventilator dəstəyi və digər təcili reanimasiya üsulları ilə müalicə almışdır. Yenidoğulmuşlara ümumilikdə 109 mindən çox tibbi xidmət göstərilmişdir.

Qurbanovun ardınca o gedəcək: Yerinə KİM GƏLİR?

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra səhiyyə sistemində nələrin dəyişəcəyi məsələsi yenidən aktuallaşıb. Hələlik V.Qurbanovun səlahiyyətləri əvvəllər Səhiyyə Nazirliyində çalışmış, indi isə qurumun müavini Anar İsrafilova həvalə olunub.