Serial tarixinin xüsusi layihələri arasında yer alan “Yasak Elma”nın yenidən ekranlara qayıtması gündəmdədir.
Hüquqları Fatih Aksoy və Melis Civelek-də olan serialı yenidən televiziya üçün adaptasiya etmək məqsədilə işlərə başlanıb.
Kulis məlumatlarına görə, əvvəllər film kimi çəkilməsi də düşünülən serialın yeni mövsümdə yenidən NOW kanalında yayımlanması planlaşdırılır.
Serialın ilk iclasları keçirilib. Hər şey plan üzrə getsə, Eda Ece, Şevval Sam, Barış Aytaç və Melisa Doğunun canlandırdığı Yıldız, Ender, Caner və Asuman obrazları üzərindən hekayə qurulacaq.
Bayram öncəsi Fatih Aksoy ilə Eda Ece görüş keçirib. Eda Ecenin verəcəyi qərar isə maraqla gözlənilir. (olay.az)
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.