banner
banner

Sağlamlıq

D vitamininin ziyanı üzə çıxdı

D vitamininin ziyanı üzə çıxdı
"D vitamininin lazımi testlər və həkimlə məsləhətləşmədən qəbul edilməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər".

Cia.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Terapiya və Profilaktik Tibb Mərkəzinin endokrinoloqu və diyetoloqu Anastasiya İqnatiadi "İzvestiya" qəzetinə müsahibəsində bildirib.

Həkimin sözlərinə görə, son zamanlar əhali arasında D vitamininə maraq artıb. Çoxları hipervitaminoz kimi təhlükəli nəticələri nəzərə almadan bu vitamini yalnız öz rifahı üçün qəbul etməyə başlayır.

Diyetoloq xəbərdarlıq edib ki, həddindən artıq D vitamini qəbulu hiperkalsemiyaya, böyrək və ürək-damar problemlərinə, eləcə də orqanizmə digər mənfi təsirlərə səbəb ola bilər.

"D vitamini qəbulu, xüsusən də yüksək dozalarda, yalnız həkimlə məsləhətləşdikdən və qanda 25(OH)D səviyyəsi təyin edildikdən sonra həyata keçirilməlidir. Ən bioəlçatan forma D3 vitaminidir", - deyə mütəxəssis vurğulayıb.

O əlavə edib ki, müəyyən bir əlavə seçərkən dozanı, istehsalçını və qeydiyyat sertifikatının olub-olmadığını nəzərə almaq vacibdir. Son istifadə tarixinin və tərkib hissələrinin yoxlanılması da eyni dərəcədə əhəmiyyətlidir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.