“Elektron məhkəmə” fəaliyyətini dayandırıb - SƏBƏB
Azərbaycanda vəkillər və məhkəmə prosesi iştirakçıları üçün çətin günlər yaşanır. "Elektron məhkəmə" informasiya sistemində aparılan genişmiqyaslı texniki yenilənmə ilə əlaqədar olaraq, sistemin ən vacib funksiyası olan “E-kabinet” müvəqqəti olaraq qapadılıb.
Cia.az xəbər verir ki, rəsmi məlumata əsasən, sistem 10 gün fəaliyyət göstərməyəcək. Bu isə minlərlə məhkəmə işi, iddia ərizəsi və apelyasiya şikayətlərinin elektron qaydada təqdim edilməsində ciddi fasilələrə yol açır. Vəkillər ümid edirlər ki, on günlük müddət bitəndən sonra - 30 martdan sonra "Elektron məhkəmə" daha stabil işləyəcək və sənəd dövriyyəsi asanlaşacaq.
Xatırladaq ki, martın 30-dan etibarən sistemin fəaliyyətinin tam bərpa olunacağı gözlənilir.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.