"Punikalin" adlı maddə xərçəng hüceyrələrinin böyüməsini ləngitmək potensialına malikdir.
Bu, İspaniyanın Malaqa Universitetində aparılan və beynəlxalq elmi jurnalda dərc olunan araşdırmada qeyd olunub.
Alimlər narın tərkibində olan bu təbii birləşmənin, süd vəzi xərçənginin ən aqressiv növlərindən biri sayılan "üçlü neqativ süd vəzi xərçəngi" üzərində ümidverici təsirlər göstərdiyini açıqlayıblar.
Üçlü neqativ süd vəzi xərçəngi bütün süd vəzi xərçəngi hallarının təxminən 10-15%-ni təşkil edir. Bu növ digər xərçənglərdə istifadə olunan hədəfli müalicələrə cavab vermədiyi üçün müalicə imkanları çox məhduddur. Əksər hallarda yeganə seçim kimyaterapiya olur.
Bu səbəbdən alimlər daha effektiv və təbii müalicə yolları axtarırlar.
Araşdırmada diqqət çəkən əsas nəticəyə görə, punikalin xərçəng hüceyrələrinin çoxalmasını azaldır, onların orqanizmdə yayılma (metastaz) riskini aşağı salır və şişin digər orqanlara keçmə ehtimalını zəiflədir. Bu xüsusilə aqressiv xərçəng növləri üçün mühüm irəliləyiş hesab olunur.
Xərçəngin böyüməsi üçün yeni qan damarlarının yaranması (angiogenez) vacibdir. Araşdırmaya görə, bu təbii birləşmə yeni damarların formalaşmasını azalda və beləliklə şişin "qidalanmasını" çətinləşdirə bilər.
Mütəxəssislər vurğulayır ki, bu nəticələr hələlik laboratoriya şəraitində əldə olunub və insanlar üzərində sınaqdan keçirilməyib. Bu maddənin dərman kimi istifadəsi üçün daha geniş tədqiqatlara ehtiyac var. Bununla belə, alimlər hesab edir ki, bu cür təbii birləşmələr gələcəkdə xərçəng müalicəsində mühüm rol oynaya bilər./Milli.Az
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.
İsti günlərdə sərinləmək üçün restoranlarda içkilərimizə bol-bol buz əlavə edilməsini istəyirik. Lakin bəzi mütəxəssislər bunun yanlış bir davranış olduğunu bildirir. Mütəxəssislərin açıqlamalarına görə, restoranlarda buzdan imtina etmək üçün çox ciddi və məntiqli səbəblər var.
Əgər siz gecənin bir yarısı oyanırsınızsa, saata baxmaq və ya mesajları yoxlamaq, sosial şəbəkələrə nəzər yetirmək üçün telefonunuza əl atmayın. Demək olar ki, hamı bu cür "mini sörfinq"in nəticələrinə əhəmiyyət vermir...