banner
banner

Sosİal

Yağışlı hava neçə gün davam edəcək: qorxulu PROQNOZ

Yağışlı hava neçə gün davam edəcək: qorxulu PROQNOZ
Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti əhalini narahat etməkdə davam edir. Son günlər intensiv yağıntılar paytaxtda və bölgələrdə ciddi çətinliklər yaradıb.

Cia.az xəbər verir ki, rəsmi qurumlar martın 29-na olan hava proqnozunu açıqlayıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə isə yağıntının intensiv olacağı gözlənilir. Güclü yağışlarla əlaqədar yarımadanın ayrı-ayrı ərazilərində subasma hallarının davam edəcəyi istisna olunmur.

Bildirilib ki, gündüz saatlarında yağıntılar tədricən kəsiləcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Şimal-qərb küləyi gün ərzində cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı – 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 90-95 %, gündüz isə 60-70 % civarında dəyişəcək.

Azərbaycanın digər rayonlarında da hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Bəzi ərazilərdə arabir yağıntı olacaq, dağlıq bölgələrdə isə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.

Gecə və səhər saatlarında bəzi ərazilərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 6-10° isti, gündüz 15-20° isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti gözlənilir.

Sinoptiklər xəbərdarlıq edir ki, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Hazırkı proqnoz göstərir ki, qeyri-sabit hava şəraiti hələ bir müddət davam edəcək və vətəndaşların ehtiyatlı davranması vacibdir.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.