banner
banner

Dünya

Araqçi İrəvana erməni dilində təşəkkür etdi

Araqçi İrəvana erməni dilində təşəkkür etdi

İranın xarici işlər naziri Abbas Araqçi sosial şəbəkədə erməni dilində paylaşım edib.

Cia.az xəbər verir ki, nazir İran xalqına göstərilən dəstəyə görə Ermənistan hökumətinə və xalqına təşəkkür edib.

Araqçi bildirib ki, Ermənistan tərəfinin iranlıların evakuasiyası və humanitar yardım göstərilməsi istiqamətində atdığı addımlar hər cür tərifə layiqdir. Onun sözlərinə görə, iki ölkə arasında mövcud olan çoxəsrlik əlaqələr bu çətin dövrdə bir daha öz möhkəmliyini nümayiş etdirib.

Nazir əlavə edib ki, bu qardaşlıq addımları İran xalqının yaddaşında qalacaq və gələcək münasibətlər üçün mühüm zəmin rolunu oynayacaq.

 

Musavat.com

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyədə həyat İFLİC OLDU

İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.