ABŞ və İsrail qüvvələrinin İranın Təbriz şəhərində yerləşən neft-kimya istehsal obyektinə zərbə endirdiyi bildirilir.
Cia.az xəbər verir ki, yayılan məlumatlara görə, hücum nəticəsində obyektin bəzi hissələrinə ziyan dəyib. Bununla belə, rəsmi açıqlamalarda hər hansı sızma və ya genişmiqyaslı texnogen qəzanın baş vermədiyi, vəziyyətin tam nəzarət altında olduğu qeyd olunur.
İlkin məlumatlara əsasən, zərbə strateji əhəmiyyət daşıyan istehsal sahəsini hədəf alıb. Hadisədən dərhal sonra əraziyə xüsusi xidmət orqanları və təhlükəsizlik qüvvələri cəlb olunub, mühafizə tədbirləri gücləndirilib.
İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
ABŞ prezidenti Donald Tramp iyulun 16-da xalqa ünvanlayacağı növbəti müraciətində ABŞ ilə İran arasındakı hərbi münaqişə mövzusuna toxunmaq niyyətindədir.