banner
banner

Gündəm

Apreldə qeyri-iş günləri açıqlandı - 8 GÜN İŞ OLMAYACAQ

Apreldə qeyri-iş günləri açıqlandı - 8 GÜN İŞ OLMAYACAQ

Bu ilin aprel ayına hər hansı bayram düşməyib.

Cia.az xəbər verir ki, 2026-cı ilin istehsalat təqvimində də aprel üçün hər hansı bayram günü qeyd olunmayıb.

Nəticə etibarı ilə 30 gündən ibarət olan aprel ayında 4 bazar günü olacaq. Belə ki, həftə sonları işləməyənlər üçün cəmi 8 ev günüdür.

Qeyd edək ki, Aprel ayındakı fasiləsiz iş rejimindən sonra mayda vətəndaşları uzunmüddətli istirahət günləri gözləyir. 2026-cı ilin istehsalat təqviminə əsasən, may ayı həm rəsmi bayramlar, həm də dini günlərlə zəngindir. Ayın ilk qeyri-iş günü 9 may Faşizm üzərində Qələbə Gününə təsadüf edir. Şənbə gününə düşən bu bayram səbəbindən 11 may bazar ertəsi də istirahət günü hesab olunacaq.

Mayın sonunda isə Qurban bayramı və Müstəqillik Günü üst-üstə düşür. Nazirlər Kabinetinin qərarı ilə 27-28 may tarixləri Qurban bayramı günləri kimi müəyyən edilib. 28 may tarixi həm də Müstəqillik Günü olduğu üçün qanunvericiliyə uyğun olaraq növbəti iş günləri istirahət günləri ilə əvəzlənəcək. Beləliklə, beşgünlük iş həftəsi ilə çalışanlar üçün 27 maydan 31 mayadək 5 günlük fasiləsiz tətil imkanı yaranacaq.

Ümumilikdə may ayında 12 gün qeyri-iş günü olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

TDT-nin baş nazirləri Bakıda

İstanbul və Macarıstandan sonra təşkilatın Azərbaycan paytaxtında iki gün davam edəcək daha yüksək səviyyədə görüşü başlayır

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

Ağdərədə 31 mart - 3 aprel tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Əli Əsədov mühüm QƏRAR İMZALADI

Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınması barədə üç iş günü müddətində Medianın İnkişafı Agentliyinə məlumat verməlidir.