İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpə öldü
Bu gün saat 05 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Cia.az xəbər verir ki, Qəbələ rayon sakini Nicat Əsgərovun idarə etdiyi “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı qız hadisə yerində vəfat edib.
Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan da xəsarət alıb.
Qəzaya düşənlər bir ailənin üzvləridir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan saytımıza bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Xəzər rayonunun Türkan qəsəbəsində silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Diyarbəkirın Yenişehir rayonunda bir evdə baş verən mübahisə qətllə nəticələnib. Cafer B. sevgilisi Aleyna Yarayı tapança ilə başından vuraraq öldürüb.
Türkiyədə qalmaqallı silahlı insidentlə bağlı yeni detallar üzə çıxıb. Musavat.com xəbər verir ki, “Survivor Türkiye” yarışması ilə tanınan Aleyna Kalaycıoğlunun hüquq-mühafizə orqanlarına verdiyi ilk ifadənin məzmunu məlum olub.