banner
banner

Gündəm

MTRŞ-dan Mətanətin xalqı təhqir etməsinə - MÜNASİBƏT

MTRŞ-dan Mətanətin xalqı təhqir etməsinə -
“Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi”
Aparıcı Mətanət Əliverdiyevanın proqramdakı çıxışı sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib: “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi”.
Cia.az xəbər verir ki, məsələ ilə bağlı MTRŞ-nın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov AZXEBER.COM-a açıqlamasında bildirib ki,
"Ümumiyyətlə belə həssas mövzulardan bəhs edərkən aparıcılar maksimum diqqətli olmalı, işlətdikləri hər kəlməyə fikir verməlidirlər. Çünki onlar milyonlarla tamaşaçının önünə çıxırlar. Onların işlətdiyi hər bir ehtiyatsız ifadə belə həssas məqamda qıcığa səbəb ola bilər. Lakin inandırıcı deyil ki, gündəlik verilişinin aparıcısı faciədə yaxınlarını itirmiş insanları qıcıqlandırmaq üçün həmin ifadələri işlətsin. 
 
Düşünmək olar ki, o, öz imkanları daxilində bir növ cəmiyyətdə baş vermiş faciənin geniş panikaya çevrilməsinin qarşısını almaq niyyəti güdürmüş, lakin bunu ifadə edərkən müəyyən qədər ehtiyatsız ifadələrdən istifadə edib. Aparıcı kanalın bu günkü efirindəki digər verilişdəki davranışı ilə də müəyyən anlaşılmazlıq olduğunu nümayiş etdirdi. Məsləhət kimi çıxmasın, yaxşı olardı ki, elektron informasiya orqanları bir aparıcının qeyri-korrekt danışığını çox da ciddiyə alıb müzakirəyə çevirməsinlər. Çünki bu, cəmiyyətdə emosiyaların daha da qızışmasına səbəb ola bilər.
 
Ümumiyyətlə, bu hal bir daha göstərir ki, bir sıra aparıcıların öz peşəkarlığını, ekstremal situasiyalara hazırlıq səviyyələrini artırmağa ehtiyac vardır.
Onu da qeyd edim ki, aparıcının işlətdiyi ifadələr və bununla bağlı MTRŞ-nin “qaynar xətti”nə gələn çoxsaylı şikayətlər barədə artıq rəhbərliyə arayış təqdim olunub".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.