Son günlər yağan intensiv yağıntılar nəticəsində ölkə ərazisində mövcud sürüşmə sahələrində müəyyən dəyişikliklər qeydə alınıb.
Bu barədə Cia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.
Onun sözlərinə görə, Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır: “Ölkə ərazisində, əsasən Abşeron yarımadası ərazisində yerləşən sürüşmə sahələrində monitorinqlər aparılıb. İlkin nəticələrə əsasən, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə görülməsi vacib olan qabaqlayıcı tədbirlərin hazırlanmasına başlanılıb. Monitorinqlər zamanı Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazilərində sürüşmə proseslərində aktivlik qeydə alınıb
Badamdar sürüşmə sahəsində lokal xarakterli çökmə və yuyulma halları müşahidə olunub. Lakin bu proseslər intensiv deyil, zəif aktivlik səviyyəsində qiymətləndirilir. Hazırda FHN tərəfindən ərazidə müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir. Eyni zamanda qəsəbənin mərkəzi yolunun sağ və sol hissələrində bəzi lokal sahələrdə sürüşmə elementləri, çökmə və uçma halları da aşkarlanıb. Monitorinqlər davam etdirilir və ilkin məlumatlar əsasında icrası zəruri olan qabaqlayıcı tədbirlərin əsas istiqamətləri müəyyənləşdirilərək müvafiq qurumlara təqdim olunur”.
Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda çökmə hadisəsi qeydə alınıb.
Azərbaycanda aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qadağan edilib.
Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınması barədə üç iş günü müddətində Medianın İnkişafı Agentliyinə məlumat verməlidir.
Xəbər verildiyi kimi, “Crocus Group” şirkətinin təsisçisi 70 yaşlı azərbaycanlı iş adamı Araz Ağalarov 40 illik evliliyindən sonra İrina Ağalarovadan boşanıb və 27 yaşlı sevgilisi Alena İvanova ilə gizlicə evlənib.