Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR
Son zamanlar ailənizdə səbəbsiz mübahisələr artır, ruzi-bərəkət kəsilir və özünüzü daim yorğun hiss edirsinizsə, səbəbi çox yaxında - elə evinizin içində ola bilər. Qədim Şərq təlimi olan Fen-şuy mütəxəssisləri xəbərdarlıq edir ki, bəzi əşyalar evə bədbəxtlik və mənfi enerji daşıyır.
Mütəxəssislər evdən təcili uzaqlaşdırılması vacib olan "təhlükəli" əşyaların siyahısını təqdim edib.
Araşdırmalara görə, evdəki gərginliyin və davanın ən böyük səbəblərindən biri çatlamış güzgülər və qırıq şüşələrdir. Hətta gözlə görünməyən kiçik bir çat belə ailə daxilindəki səmimiyyəti sındırır və enerjinin parçalanmasına yol açır. Eyni zamanda, evdə saxlanılan işləməyən saatlar zamanın "donması" mənasına gəlir ki, bu da ev sahiblərinin işlərinin tərs getməsinə və maddi sıxıntılara zəmin yaradır.
Digər bir ciddi xəbərdarlıq isə qurumuş güllər və süni çiçəklərlə bağlıdır. Bir çox xanımlar xatirə olaraq qurumuş buketləri saxlasalar da, Fen-şuy təliminə görə, bu "ölü enerji" deməkdir. Bu cür əşyalar evdəki sevgi enerjisini qurudur və cütlüklər arasında soyuqluq yaradır. Həmçinin, giriş qapısının qarşısında nizamsız şəkildə yığılan köhnə ayaqqabılar uğurun evə daxil olmasına mane olan əsas sədlərdən biri hesab olunur.
Mütəxəssislər vurğulayır ki, evdəki lazımsız, qırıq və köhnə əşyalardan azad olmaq təkcə təmizlik deyil, həm də psixoloji və enerjisel yenilənmədir. Aprel ayının ilk günlərində bu cür "təmizlik" işlərinin aparılması ailəyə hüzur, ruzi və müsbət dəyişikliklər gətirəcək.//Milli.Az
Avropa sakinləri son onilliklərin ən möhtəşəm astronomik hadisələrindən birinə hazırlaşırlar. Artıq bu ilin yayında - 12 avqust 2026-cı il tarixində son 27 ildə ilk dəfə tam günəş tutulmasını izləmək mümkün olacaq.
Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.
İyun ayı ulduzların bizə qarşı xüsusilə comərd olduğu bir dövrdür. Astrolojik proqnozlara görə, bu ay elə günlər var ki, uğur sanki öz ayağı ilə gəlir. Həyatınızda yenilik etmək və ya yeni layihəyə başlamaq istəyirsinizsə, mütləq bu tarixləri seçməlisiniz.
Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur.
Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər
Misirin şərq limanında həyata keçirilən beynəlxalq PHAROS layihəsi çərçivəsində, əsrlərdir su altında qalan əfsanəvi tikiliyə dair ən genişmiqyaslı tapıntılar əldə edilib.