banner
banner

Dünya

Dubay hava limanında PARTLAYIŞ: PUA ilə vuruldu

Dubay hava limanında PARTLAYIŞ: PUA ilə vuruldu

Çərşənbə günü axşam saatlarında Dubay beynəlxalq hava limanında pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində güclü partlayış baş verib.

Cia.az xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, partlayışın episentri birbaşa 3-cü terminalın girişinin qarşısı olub.

Hadisədən dərhal sonra hava limanının ərazisindən göyə qatı tüstü dumanı ucalıb. Hadisə yerinə çoxlu sayda təcili yardım və xüsusi xidmət orqanlarının əməkdaşları cəlb olunub.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərində fövqəladə hadisələrin və xüsusi xidmət orqanlarının fəaliyyətinin icazəsiz lentə alınmasına dair ciddi qadağa qüvvədədir. Bu növ kadrların sosial şəbəkələrdə yayılması cinayət məsuliyyətinə səbəb ola bilər.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyədə həyat İFLİC OLDU

İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.