Fuad Nağıyev ötən il təyin etdiyi rəisi işdən çıxardı
Ötən ilin fevral ayında vəzifəyə təyin edilən Dövlət Turizm Agentliyinin Quba Regional Turizm İdarəsinin rəisi Samir Cabarov işdən çıxarılıb.
Agentliyin sədri Fuad Nağıyevin müvafiq əmri ilə Samir Cabbarov otellərin birinə rəhbər vəzifəsinə təyinat alması ilə əlaqədar vəzifəsindən azad edilib.
Onun yerinə rəis əvəzi İskəndərov Rəfail Musa oğlu gətirilib.
Rəfail İskəndərov bundan əvvəl Quba Regional Turizm İdarəsinin aparıcı məsləhətçisi vəzifəsinə çalışıb. /qaynarinfo
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.