banner
banner

Sosİal

Hava şəraiti ilə bağlı sürücülərə SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Hava şəraiti ilə bağlı sürücülərə SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Hazırda ölkənin bəzi bölgələrində, o cümlədən paytaxtda dumanlı hava müşahidə olunur. Belə hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır və bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

Cia.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciətində bildirilib.

“Bu şəraitdə hərəkət iştirakçılarının diqqətli və məsuliyyətli davranması mühüm əhəmiyyət kəsb edir. Sürücülərə tövsiyə olunur:

• Hərəkətə başlamazdan əvvəl duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlayın;

• Sürəti mövcud görünüş şəraitinə uyğun seçin, qəfil manevr və ötmələrdən çəkinin;

• Ara məsafəni qoruyun;

• Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin.

Piyadalara tövsiyə olunur:

• Yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin;

• Yolun hərəkət hissəsinə qəfil çıxmayın;

• Nəzərə alın ki, belə şəraitdə sürücünün piyadanı görməsi çətinləşir.

Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, məhdud görünüş şəraitində yol hərəkəti iştirakçılarının diqqətsizliyi və məsuliyyətsiz davranışı ağır yol nəqliyyat hadisələrinin baş

verməsinə səbəb ola bilər. Belə şəraitdə diqqətli və məsuliyyətli davranmaq, yol hərəkəti qaydalarına ciddi riayət etmək həyati əhəmiyyət daşıyır”, - müraciətdə qeyd edilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.