banner
banner

Dünya

Rusiya ordusu bazarı BOMBALADI: Ölənlər və yaralılar var - FOTO

Rusiya ordusu bazarı BOMBALADI: Ölənlər və yaralılar var - FOTO

Rusiya Silahlı Qüvvələri şənbə günü, aprelin 4-ü yerli vaxtla saat 09:50 radələrində Nikopol şəhərindəki bazara pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.

Cia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Rəsmi məlumatda bildirilir ki, hücum nəticəsində dinc sakinlər hədəf alınıb:

"Hadisə zamanı 5 nəfər həlak olub, aralarında 14 yaşlı qızın da olduğu 21 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bundan əlavə, Rusiyanın sözügedən mülki obyektə endirdiyi təkrar zərbə nəticəsində daha iki kişi yaralanıb".

Faktla bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.

TƏCİLİ! Rusiya ilə Ukrayna RAZILIĞA GƏLDİ

Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmitro Lubinets Rusiyanın işğalı altında olan Xerson vilayətinin Oleşki şəhərində humanitar missiyanın həyata keçiriləcəyini təsdiqləyib.