banner
banner

Sİyasət

Zelenski ilə Ərdoğan İstanbulda görüşdü

Zelenski ilə Ərdoğan İstanbulda görüşdü

İstanbulda keçirilən görüşdə Ukrayna prezidenti Volodimir Zelenski ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətləri, Avropa və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Cia.az xəbər verir ki, tərəflər təhlükəsizlik sahəsində yeni addımlar, eləcə də qaz infrastrukturu və birgə enerji layihələri ilə bağlı məsələləri də gündəmə gətiriblər.

Zelenski sosial şəbəkə hesabında yazıb ki, görüş zamanı Türkiyəyə təklif edə biləcəkləri sahələr - ekspertiza, texnologiya və təcrübə üzərində ayrıca dayanılıb.

Onun sözlərinə görə, birgə işləmək üçün prinsipial siyasi iradə mövcuddur və yaxın günlərdə komandalar detalları yekunlaşdıracaqlar.

Ukrayna lideri həmçinin bildirib ki, tərəflər qaz infrastrukturu sahəsində birgə layihələrin icrası və qaz yataqlarının ortaq işlənməsi imkanlarını da müzakirə ediblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, Ankara Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlar prosesinə dəstəyini davam etdirəcək. O, həmçinin Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə böyük önəm verildiyini vurğulayıb.

Səfər çərçivəsində Volodimir Zelenski İstanbulda Ümumdünya İstanbul Patriarxlığını da ziyarət edib və Patriarx Varfolomey ilə görüşüb.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.

İlham Əliyev Ərdoğanla görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.