Yaz fəslində təbiətin oyanması ilə birlikdə müxtəlif təzə göyərtilər də süfrəmizə daxil olur. Bu göyərtilər yalnız dad baxımından deyil, həm də sağlamlıq üçün olduqca faydalıdır.
Yaz göyərtiləri vitamin, mineral və bioloji aktiv maddələrlə zəngin olduğu üçün orqanizmin möhkəmlənməsində mühüm rol oynayır.
Keşniş, şüyüd, cəfəri, ispanaq və turşəng yüksək miqdarda C vitamini ilə zəngindir. C vitamini immun sistemini gücləndirir, orqanizmi infeksiyalara qarşı daha davamlı edir və yaz aylarında tez-tez rast gəlinən yorğunluq hissini azaldır. Bundan əlavə, bu göyərtilərdə A və K vitaminləri də mövcuddur ki, onlar görmə qabiliyyətini yaxşılaşdırır və qan laxtalanmasını tənzimləyir.
Bu bitkilər eyni zamanda liflə zəngindir. Liflər həzm sisteminin düzgün işləməsinə kömək edir, bağırsaq hərəkətlərini tənzimləyir və qəbizlik probleminin qarşısını alır. Xüsusilə ispanaq və turşəng kimi göyərtilər dəmir tərkibli olduğundan qanazlığı (anemiya) olan şəxslər üçün faydalıdır.
Yaz göyərtilərində antioksidant maddələr də çoxdur. Bu maddələr sərbəst radikallarla mübarizə apararaq hüceyrələrin zədələnməsinin qarşısını alır və xroniki xəstəliklərin yaranma riskini azaldır. Eyni zamanda bu göyərtilər qaraciyərin fəaliyyətini dəstəkləyir və orqanizmdən toksinlərin xaric olunmasına kömək edir.
Lakin göyərtilərdən istifadə edərkən gigiyenaya diqqət yetirmək vacibdir. Onlar yaxşı yuyulmalı, mümkün olduqda suda saxlanılmalı və təmiz halda istehlak olunmalıdır. Əks halda, müxtəlif mikroorqanizmlər və parazitlər sağlamlıq üçün risk yarada bilər.
Yaz göyərtiləri sağlam qidalanmanın vacib hissəsidir və gündəlik rasiona daxil edilməsi tövsiyə olunur. Onların müntəzəm istifadəsi orqanizmi gücləndirir, enerji verir və ümumi sağlamlığı yaxşılaşdırır. (Axşam.az)
Orqanizm üçün həyati əhəmiyyət kəsb edən vitamin D-nin həddindən artıq qəbulu ciddi sağlamlıq problemlərinə yol aça bilər. Elm adamları qida əlavələrinin populyarlaşması ilə dozanın aşılması hallarının kəskin artdığını bildirirlər.
Mədə yanması və Qastrit zamanı əsas problem mədə selikli qişasının həssaslaşması və turşuluğun artmasıdır. Bu vəziyyətdə düzgün seçilmiş bitki çayları həm iltihabı azalda, həm də yanma hissini yüngülləşdirə bilər. Lakin hər çay faydalı deyil — bəziləri əksinə, vəziyyəti ağırlaşdıra bilər.
Bazarlarda çox vaxt yanından keçdiyimiz, kifayət qədər önəm vermədiyimiz qara kök əslində şəfa mənbəyidir. Tünd bənövşəyi rəngi ilə diqqət çəkən bu tərəvəz son zamanlar qidalanma ekspertlərinin ən çox tövsiyə etdiyi məhsullar siyahısına liderlik edir.
Təzyiq problemi olan insanlar üçün qidalanma rejimi xüsusi əhəmiyyət kəsb edir. Britaniyalı dietoloq Brukvell Uayt "HuffPost" nəşrinə müsahibəsində bildirib ki, ürək-damar xəstəlikləri və yüksək təzyiqdən əziyyət çəkənlər üçün duz miqdarı az olan İsveçrə pendiri və ya azyağlı keçi pendiri daha təhlükəsiz seçimdir.
İdman qidalanma mütəxəssisi Abiqeyl Robertsin sözlərinə görə, hər gün bir porsiya zeytun yağı içmək vərdişi dərinizi, saçınızı və dırnaqlarınızı dəyişdirə, arıqlamağınıza kömək edə və hətta oynaq ağrılarını aradan qaldıra bilər.