banner
banner

Sosİal

“ASAN xidmət” yanan bina ilə bağlı hərəkətə keçdi

“ASAN xidmət” yanan bina ilə bağlı hərəkətə keçdi
Prezident İlham Əliyevin tapşırığına əsasən Binəqədi rayonu ərazisində yanğın baş verən çoxmərtəbəli binada sənədləri yanmış və ya korlanmış sakinlərə Səyyar ASAN xidmət vasitəsilə xidmət göstəriləcək. “ASAN xidmət”dən verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər aidiyyəti dövlət qurumları tərəfindən təqdim olunur. 

Bu xidmətlərə aşağıdakı və digər zəruri sənədləşmələr daxildir:

-Notariat fəaliyyəti;
-Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
-Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
-Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
-Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
-Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
-Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
-Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Qeyd edək ki, xidmətlər 22 may 2015-ci il tarixindən etibarən baş verən yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış qərargahın yanında Səyyar avtomobillər və iritutumlu avtobus vasitəsilə həyata keçiriləcək. 

Səyyar ASAN xidmətin iş qrafiki:
Həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək,
Şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan).

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.