banner
banner

Gündəm

Azərbaycanda kafe və restoranlar saat 9-da BAĞLANACAQ?

Azərbaycanda kafe və restoranlar saat 9-da BAĞLANACAQ?

Təəssüf ki, cəmiyyətimizdə həm su, həm elektrik enerjisi, həm də qida sahəsində ciddi israfçılıq halları müşahidə olunur.

Cia.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov işığa və suya qənaət yalnız fövqəladə hallarla məhdudlaşmamalı olduğunu bildirib.

"İnsanlar bütün hallarda bu məsələyə diqqət yetirməli, bu nemətlərin dəyərini və qiymətini düzgün qiymətləndirməlidirlər. Bu resurslar bizə bəxş olunmuş dəyərlərdir və onlardan səmərəli və düzgün istifadə etmək hər kəsin məsuliyyətidir. Təəssüf ki, cəmiyyətimizdə həm su, həm elektrik enerjisi, həm də qida sahəsində ciddi israfçılıq halları müşahidə olunur. Bu isə resurslardan qeyri-effektiv istifadə ilə nəticələnir. Misirdə tətbiq edilən enerji qənaəti tədbirlərinin arxasında isə ciddi səbəblər dayanır. Misir həm əhali sayına görə böyük dövlətdir, həm də qlobal iqtisadi proseslərdən birbaşa təsirlənir. Xüsusilə neft qiymətlərinin artması xərclərin yüksəlməsinə səbəb olur və bu da qənaət tədbirlərini zəruri edir".

O deyib ki, yaxın dövrdə enerji daşıyıcılarının qiymətlərində artım davam edə bilər:

"Bu səbəbdən belə addımların atılması günün tələbi kimi qiymətləndirilir. Bu proseslər mütləq şəkildə düşünülmüş, təhlil edilmiş və planlı şəkildə həyata keçirilməlidir ki, real nəticə əldə olunsun. Əks halda, görülən tədbirlər istənilən effekti verməyəcək. Azərbaycana gəldikdə isə, hazırda belə ciddi bir zərurət və ya təhlükə mövcud deyil. Çünki Azərbaycan neft ixrac edən ölkədir və enerji resursları baxımından təminatlıdır. Lakin buna baxmayaraq, insanlar gündəlik həyatlarında suya, elektrik enerjisinə və digər resurslara qənaətlə yanaşmalı, israfçılıqdan çəkinməlidirlər. Bu, həm iqtisadi, həm də sosial baxımdan daha düzgün və məsuliyyətli davranış hesab olunur".

Qeyd edək ki, Misir Yaxın Şərqdəki müharibə səbəbindən elektrik enerjisinə qənaət etməyə başlayıb. Mağazalar və kafelər daha tez bağlanacaq, ticarət mərkəzləri, restoranlar və mağazalar həftənin beş günü saat 21:00-da, həftəsonları isə saat 22:00-da bağlanmalıdır. Enerjiyə qənaət tədbirləri reklam lövhələrinin işıqlarının söndürülməsi, küçə işıqlandırmasının minimuma endirilməsi və bir çox dövlət qurumlarının saat 18:00-da bağlanmasını əhatə edir. Hakimiyyət həm dövlət, həm də özəl sektorda həftədə bir-iki gün məsafədən işləməyi düşünür. Bu tədbirlər ABŞ və İsrailin İranla müharibəsi fonunda qlobal yanacaq qiymətlərinin kəskin artması ilə əlaqədardır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əli Əsədov bu rayonlarla bağlı QƏRAR İMZALADI

Nazirlər Kabineti "Dövlət Neft Şirkəti və MOL Vector Ltd arasında Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi"nə Azərbaycan Hökumətinin təminatı və öhdəliklərini təsdiq edib.

Əli Əsədov qərar İMZALADI

Nazirlər Kabineti Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında qərar qəbul edib.

Paytaxtın mərkəzində yol çökdü - FOTO

Ötən gün paytaxtın Rəşid Behbudov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində yol çöküb. Ərazi hasara alınıb, xəbərdaredici lövhə asılıb.

Cərimələrlə bağlı yeni qayda tətbiq oluna bilər

Azərbaycanda tətbiq olunan cərimələrin məbləği ilə bağlı narazılıqlar artır. Sürücülər və piyadalar cərimələrin yüksək olmasından şikayətlənir, bəzi hallarda isə vətəndaşların borc və kredit hesabına ödəniş etdiyi bildirilir.

Məkkəyə giriş dayandırıldı - SƏBƏB

Səudiyyə Ərəbistanı Həcc mövsümü ərəfəsində artan izdihamın qarşısını almaq üçün yeni qaydalar tətbiq edib. Qərara əsasən, Məkkə şəhərinə giriş artıq xüsusi icazə ilə mümkün olacaq.