Litvanın Baş naziri İnqa Ruqiniene Azərbaycana rəsmi səfər edəcək.
“Cia.az” xəbər verir ki, bu barədə məlumatı Litvanın Azərbaycandakı səfirliyi açıqlayıb.
Bildirilib ki, İ.Ruqiniene ölkəmizdə bir sıra yüksəksəviyyəli görüşlər keçirəcək və bu danışıqlar çərçivəsində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və əsas sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib.
Vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
"Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol" xüsusi qeyd-şərt nəzərə alınmaqla təsdiq edilib.
Prezident İlham Əliyev “Yerin təki haqqında” qanunda dəyişiklik edilməsi barədə” 17 mart 2026-cı il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.