Bu barədə Cia.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla 18:11-də qeydə alınıb.
3,5 maqnitudalı yeraltı təkan 51 km dərinlikdə olub.
Qeyd edək ki, bu gün yerli vaxtla 13:05, 13:10, 13:21-də Xəzərdə zəlzələ olub. İlk zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Astroloqların proqnozlarına görə, iyul ayında bəzi tarixlər yeni başlanğıclar, maliyyə uğurları və şəxsi münasibətlər baxımından daha əlverişli enerji ilə seçilə bilər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.