İranın yeni ali rəhbəri Müctəba Xameneinin səhhəti və harada olması ilə bağlı yayılan müxtəlif şayiələrə son qoyulub.
Ölkənin xarici işlər nazirinin müavini Səid Xatibzadə M.Xameneinin durumu ilə bağlı mühüm bəyanat yayıb.
O bildirib ki, Müctəba Xamenei hazırda tam sağlamdır və ölkədəki vəziyyətə nəzarət edir: "Onun rəsmi təyinatdan sonra ictimaiyyət qarşısına çıxmaması isə birbaşa təhlükəsizlik məsələləri ilə bağlıdır".
Diplomatın sözlərinə görə, bölgədəki gərgin və təhlükəli şərait səbəbindən Ali Rəhbər hələlik kütləvi tədbirlərdə iştirak etmir.
Xatırladaq ki, fevralın 28-də İsrail və ABŞ-ın birgə əməliyyatı nəticəsində İranın sabiq Ali Rəhbəri Əli Xamenei və bir neçə yüksək rütbəli rəsmi şəxs həlak olmuşdu. Müctəba Xameneinin həmin vaxtdan bəri görünməməsi onun da sui-qəsd qurbanı olduğu və ya ağır yaralandığı barədə ciddi müzakirələrə yol açmışdı./publika
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.