Toyuq ətində gizli TƏHLÜKƏ - Bu hissələri qətiyyən YEMƏYİN
Toyuq əti ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib.
Toyuğun bəzi hissələrində kiçik, bərk törəmələrə rast gəlinir.
Müşahidələr göstərir ki, bu törəmələr papilomaya bənzər quruluşa malik olur və asanlıqla qopmur. Eyni zamanda, toyuğun bud hissəsində yerləşən vəzlərin bəzi hallarda istehlakçılar tərəfindən fərq edilmədən yeyildiyi bildirilir.
Qeyd olunur ki, bu cür törəmələr insan sağlamlığı üçün zərərli ola bilər. Bu səbəbdən vətəndaşlara toyuq ətini istifadə etməzdən əvvəl diqqətlə yoxlamaq tövsiyə olunur./Milli.Az
Dünyada enerji böhranları, geosiyasi gərginliklər və inflyasiya dalğası bir çox ölkədə kommunal xidmətlərin qiymətlərinin artmasına səbəb olub. Xüsusilə, qaz, elektrik və su tariflərində müşahidə olunan bahalaşma əhalinin sosial rifahına birbaşa təsir göstərir.
Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq olunmuş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə dəyişiklik edilib.
Milli Hidrometeorologiya Xidməti aprelin 15-nə olan hava proqnozunu təqdim edib. Paytaxtda və yarımadanın müxtəlif ərazilərində arabir yağış yağacağı ehtimal olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyaları ödənilib.