banner
banner

Sosİal

Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? -VACİB AÇIQLAMA

Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? -VACİB AÇIQLAMA

Dünyada enerji böhranları, geosiyasi gərginliklər və inflyasiya dalğası bir çox ölkədə kommunal xidmətlərin qiymətlərinin artmasına səbəb olub. Xüsusilə, qaz, elektrik və su tariflərində müşahidə olunan bahalaşma əhalinin sosial rifahına birbaşa təsir göstərir.

Bəs qlobal tendensiyalar fonunda Azərbaycanda da kommunal xidmətlərin qiymətlərinin artması mümkündürmü?

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda kommunal xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənir və bu sahədə qərarlar inzibati qaydada qəbul olunur.

Onun sözlərinə görə, dünyada baş verən proseslərin ölkədaxili tariflərə birbaşa təsiri mümkün deyil.

“Enerji qiymətlərinin artması dünya üçün problem olsa da, Azərbaycana əksinə üstünlükdür. Çünki ölkə enerji ixracatçısıdır və neft-qaz satışından əlavə valyuta gəlirləri əldə edir. Bu baxımdan, qlobal qiymət artımlarını əsas gətirərək ölkə daxilində kommunal tariflərin bahalaşdırılması doğru yanaşma deyil”.

Natiq Cəfərli hesab edir ki, mövcud şəraitdə Azərbaycanda kommunal xidmətlərin qiymətlərinin artırılması üçün iqtisadi zərurət yoxdur:

“Bu, inzibati qərardır və istənilən vaxt belə sərəncam verilə bilər. Amma hazırda enerji qiymətlərinin artması fonunda ölkə daxilində tariflərin yüksəldilməsi üçün əsas görünmür”.

Beləliklə, qlobal enerji bazarlarında baş verən bahalaşmalar bir çox ölkələr üçün qaçılmaz nəticələr doğursa da, Azərbaycanın enerji ixracatçısı mövqeyi bu təsirləri minimuma endirir. Lakin son qərarın inzibati xarakter daşıması qiymətlərin gələcək taleyini yenə də açıq sual olaraq saxlayır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Baş Nazirdən MAAŞLARLA BAĞLI qərar – ARTACAQ

Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq olunmuş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə dəyişiklik edilib.

Bakıda leysan olacaq

Milli Hidrometeorologiya Xidməti aprelin 15-nə olan hava proqnozunu təqdim edib. Paytaxtda və yarımadanın müxtəlif ərazilərində arabir yağış yağacağı ehtimal olunur.

Pensiyalar ÖDƏNİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyaları ödənilib.

Hava kəskin PİSLƏŞƏCƏK

Aprelin 13-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.