banner
banner

Sosİal

​2 rəsmi bayramı ləğv etdilər

​2 rəsmi bayramı ləğv etdilər

Slovakiyada hökumət dövlət büdcəsində yaranan kəsiri azaltmaq məqsədilə iki rəsmi bayramın təqvimdən çıxarıldığını açıqlayıb.

Yeni qərara əsasən, 8 May - Faşizmə qarşı Qələbə Günü və 15 Sentyabr - Müqəddəs Məryəm Günü artıq rəsmi istirahət günü kimi qeyd olunmayacaq.

Qərarın əmək bazarında məhsuldarlığı artıracağı və dövlət xərclərini azaldacağı qeyd edilib. Lakin yeni qərar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bəzi vətəndaşlar dəyişiklikləri dəstəkləsə də, tarixi və dini dəyərlərin zəifləyəcəyini əsas gətirərək, bu qərara etiraz edənlər də olub./Metbuat.az/



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.