Prezident İlham Əliyev rayon (şəhər) və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Publika.az xəbər verir ki, Fərmana əsasən, 2017-ci il 3 may tarixli əsas siyahıda əmlak məsələləri ilə bağlı səlahiyyətli tərəf və vəzifəli şəxslərin adları yenidən müəyyən edilib. Bu, ölkədə həyata keçirilən institusional islahatlar çərçivəsində bəzi qurumların strukturunun dəyişdirilməsi ilə əlaqədardır.
Dəyişikliyə əsasən, əvvəllər ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin adından çıxış edən şəxslərin yerinə, artıq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində aşağıdakı vəzifəli şəxslər protokol tərtib edə biləcəklər:
Xidmətin rəisi və onun müavinləri;
Aparatın rəhbəri və onun müavini;
Şöbə müdirləri və onların müavinləri;
Xidmətin ərazi şöbələrinin rəhbərliyi.
Bundan başqa, siyahıya Xidmətin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin vəzifəli şəxsləri də əlavə edilib. Artıq həmin qurumun İdarə Heyətinin sədri və müavinləri, departament rəhbərləri və müavinləri, ərazi idarələrinin rəisləri və onların müavinləri inzibati xətalar üzrə protokol tərtib etmək hüququna malikdirlər.
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi (RDMİS) dövlət maliyyəsinin idarə olunmasında şəffaflıq və operativliyi təmin edən əsas rəqəmsal alətlərdən biri kimi fəaliyyətə başlayıb (www.rdmis.gov.az).
Yeddilik Qrupu (G7) ölkələrinin maliyyə nazirləri və baş bankirləri Yaxın Şərqdəki vəziyyəti tez bir zamanda sabitləşdirmək zərurəti barədə razılığa gəliblər.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib.
Vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.