banner
banner

Krİmİnal

Gecə saatlarında ağır qəza - 7 YARALI

Gecə saatlarında ağır qəza - 7 YARALI

Lənkəranda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb.

Hadisə Lənkəran-Boradigah-Masallı magistralında, rayonun Girdəni kəndi ərazisində baş verib.

Belə ki, rayonun Separadi kənd sakini, 1996-cı il təvəllüdlü Elmar Hünər oğlu Cəfərlinin idarə etdiyi "Renault" markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən Lənkəran rayonunun Vilvan kənd sakini, 2002-ci il təvəllüdlü Şərif Şəfi oğlu Hüseynzadənin idarə etdiyi "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub. "Toyota Prius" sonra digər "Toyota" markalı avtomobilə çırpılıb.

Zəncirvari yol qəzası nəticəsində 7 nəfər, o cümlədən hər iki sürücü və Separadi kənd sakinləri; 1977-ci il təvəllüdlü Fuad Nayib oğlu Şərifov, 1995-ci il təvəllüdlü Ağadadaş Səməd oğlu Ağazadə, 1978-ci il təvəllüdlü Ramil Rəsul oğlu Məmmədov, eləcə də Lənkəran rayonunun Vilvan kənd sakinləri - 1999-cu il təvəllüdlü Elşad Qılman oğlu Musazadə və 1999-cu il təvəllüdlü Ramil Əbülfət oğlu Əzimov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti ağır olan R.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Toydan qayıdarkən maşın aşdı - Yaralılar var

Oğuzda avtomobil aşıb. Musavat.com “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, Böyük Söyüdlü kənd sakini, 1971-ci il təvəllüdlü Yunisov Oybek İsrafiloviç idarə etdiyi “Mitsubishi” markalı avtomobil yol kənarına aşıb.