banner
banner

Sosİal

Hündür ağacların altında dayanmayın -Əhaliyə ÇAĞIRIŞ

Hündür ağacların altında dayanmayın -Əhaliyə ÇAĞIRIŞ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Cia.az xəbər verir ki, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Təhlükə zamanı 112-yə zəng edin!".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib.

Hava ilə bağlı XƏBƏRDARLIQ

Aprelin 18-də, 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Əhaliyə ŞAD XƏBƏR: Bu gün pulsuz OLACAQ

Bu gün - 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Azərbaycanda bir sıra muzey və tarixi-mədəniyyət qoruqlarında "açıq qapı" günü keçiriləcək. Belə ki, ziyarətçilər bu məkanlara ödənişsiz şəkildə baş çəkə biləcəklər.

​2 rəsmi bayramı ləğv etdilər

Slovakiyada hökumət dövlət büdcəsində yaranan kəsiri azaltmaq məqsədilə iki rəsmi bayramın təqvimdən çıxarıldığını açıqlayıb.

Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? -VACİB AÇIQLAMA

Dünyada enerji böhranları, geosiyasi gərginliklər və inflyasiya dalğası bir çox ölkədə kommunal xidmətlərin qiymətlərinin artmasına səbəb olub. Xüsusilə, qaz, elektrik və su tariflərində müşahidə olunan bahalaşma əhalinin sosial rifahına birbaşa təsir göstərir.