banner
banner

Sİyasət

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Azərbaycan inkluziv və dayanıqlı inkişafı davam etdirir.

Cia.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində yer alıb.

Dövlət başçısı qeyd edib ki, son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artıb, yoxsulluq və işsizlik isə təqribən 5 % səviyyəsinə düşüb:

"Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr, hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırıb. Azərbaycan, BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə edib".

Prezident əlavə edib ki, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir:

"Cari geosiyasi mühitdə, Orta Dəhlizin əhəmiyyəti artır. Zəngəzur Dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək, regional bağlantıları daha da artıracaq. Azərbaycan sabit və şaxələndirilmiş enerji təchizatına töhfə verərək, müxtəlif bölgələrdə enerji təhlükəsizliyinin təminatçısı kimi öz etibarlı rolunu oynamaqda davam edir".

"Münaqişənin başa çatması Azərbaycanın beynəlxalq səylərinin genişləndirilməsi üçün də yeni imkanları yaratmışdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatında və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyi, onun D8 - İqtisadi Əməkdaşlıq üzrə Təşkilata, Mərkəzi Asiyada dövlət başçılarının məşvərətçi görüşlərinə qəbul olunması və COP29 tədbirinə uğurla ev sahibliyi, beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinə artan etimadının təzahürüdür", - deyə Prezident İlham Əliyev vurğulayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.

İlham Əliyev Ərdoğanla görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.