Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cia.az “Qafqazinfo”ya istinadla bildirir ki, Pirallahı-Qala yolunun Dübəndi bağ massivindən keçən hissəsində “Mersedes” markalı avtomobil piyada keçidindən yolu keçən 1968-ci il təvəllüdlü Salmanov Alətdin Əbdül oğlunu vurub. Nəticədə, o, hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.