Xameneidən gözlənilməz QƏRAR: ABŞ-la bağlı TƏLİMAT VERDİ
İran iki həftəlik atəşkəs rejiminin başa çatdığı gün ABŞ ilə danışıqlar masasına qayıtmaq qərarına gəlib.
Cia.az "Axios" nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbələr bildirib.
Mənbələrin bildirdiyinə görə, rəsmi Tehran ABŞ tərəfi ilə görüşün təsdiqlənməsini İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təzyiqi səbəbindən yubadırdı.
SEPAH daha sərt mövqe nümayiş etdirərək, ABŞ tərəfindən Hörmüz boğazının blokadası dayandırılmayana qədər sülh danışıqlarının aparılmamasını tələb edirdi.
Eyni zamanda Pakistan, Misir və Türkiyədən olan vasitəçilər Tehranı danışıqlar prosesindən imtina etməməyə çağırırdılar.
Nəticədə, bazar ertəsi axşam saatlarında iranlı diplomatlar ölkənin ali rəhbəri Müctəba Xameneidən danışıqları davam etdirmək üçün rəsmi icazə alıblar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.
Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmitro Lubinets Rusiyanın işğalı altında olan Xerson vilayətinin Oleşki şəhərində humanitar missiyanın həyata keçiriləcəyini təsdiqləyib.