Nazirdən Azərbaycanda maaş artımı ilə bağlı AÇIQLAMA
"İndiyə qədər icra edilmiş bütün sosial paketlərdə minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul olunub. Qeyd etdiyim kimi, ötən dövr ərzində minimum əməkhaqqı 3.1 dəfə artaraq 130 manatdan 400 manata yüksəlib".
Cia.az APA-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Nazir qeyd edib ki, minimum əməkhaqqı öz mahiyyətinə görə universal sosial standartdır:
"Tam iş saatı ilə çalışan şəxslərə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqının ödənilməsinə qanun icazə vermir. Biz bu standartın tətbiqinə, demək olar ki, həftəlik əsasda nəzarət edirik. Əmək və məşğulluq alt sistemi buna imkan yaradır. Bu proses tam elektron şəkildə həyata keçirilir. Monitorinq tədbirlərimiz çərçivəsində minimum əməkhaqqıdan aşağı əməkhaqqı alan şəxsləri müəyyən etdikdə onların işəgötürənlərinə müvafiq maarifləndirici bildirişlər göndəririk, nəzarət tədbirləri tətbiq edirik. Minimum əməkhaqqı standartı həm dövlət, həm də özəl sektor üçün aktualdır. Sonuncu sosial islahatlar paketi çərçivəsində 700 minə yaxın şəxsə minimum əməkhaqqı artımı şamil olunub. Dövlət sektorunda vahid tarif cədvəli üzrə pillələr var. Ən aşağı pillədə məbləğ artdıqca bütün pillələrə təsir edir. Özəl sektorda da mexanizm, haradasa, eyni qaydadadır. Ümumiyyətlə, minimum əməkhaqqının artımı ölkədə orta aylıq gəlirlərin artımına müsbət təsir edir".
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.