banner
banner

Gündəm

TƏCİLİ! DGK-da YOXLAMALAR –Ciddi nöqsanlar aşkarlandı

TƏCİLİ! DGK-da YOXLAMALAR –Ciddi nöqsanlar aşkarlandı

Hesablama Palatası Dövlət Gömrük Komitəsində (DGK) maliyyə uçotu və ödənişlərdə ciddi nöqsanlar aşkarlayıb.

Palata DGK-da dövlət vəsaitlərinin və əmlakın istifadəsi üzrə audit aparıb. Audit 2023–2025-ci illəri əhatə edib.

Qeyd edilib ki, bu dövrdə daxilolmalar 240,7 mln. manat, xərclər isə 238,8 mln. manat təşkil edib. 2023-cü ildə büdcədənkənar vəsaitlər üzrə xərclər 68,5 mln. manat olub. Bu məbləğ bəzi xərclərin azaldılması (5,7 mln. manat) və digər xərclərin artırılması (37,8 mln. manat) hesabına formalaşıb.

Audit zamanı müəyyən edilib ki, 24,6 min manat vəsait dövlət büdcəsinə yönəldilməli olduğu halda “Azərterminalkompleks” Birliyinin hesabında saxlanılıb.

İnzibati cərimələrin tam uçotu aparılmayıb, bəzi hallarda gömrük ödənişlərinin hesablanması və büdcəyə ödənilməsi təmin edilməyib. Eyni zamanda 602,3 min manat məbləğində işsizlikdən sığorta haqqı tutulmayıb və büdcəyə köçürülməyib.

Audit göstərib ki, bəzi mallar üzrə gömrük prosedurları tamamlanmayıb və bu səbəbdən gömrük ödənişləri hesablanmayıb.

Yeni inzibati binanın tikintisi üzrə 17,9 mln. manatlıq vəsait maliyyə sənədlərində tam əks etdirilməyib. Binanın tikintisi üzrə bəzi müqavilələrdə işlərin qiymətləri artırılıb. Mühasibat uçotu sistemində də problemlər aşkarlanıb. Belə ki, məlumatlar proqram təminatına tam daxil edilməyib, aktivlərin inventarizasiyası vaxtında aparılmayıb. Həmçinin, Komitənin bəzi hesablarında olan vəsaitlərin hərəkəti maliyyə sənədlərində əks etdirilməyib. Bundan əlavə, 746,9 min manat məbləğində gələcək dövrlərə aid xərclər düzgün uçota alınmayıb.

Palata əlavə edib ki, 2023-cü il üzrə bəzi maliyyə göstəriciləri də hesabatlarda düzgün göstərilməyib.

Auditin nəticələrinə əsasən 966,1 min manat dövlət büdcəsinə qaytarılıb, 828,2 min manat natura formasında bərpa edilib, 3,2 mln. manata yaxın vəsait isə maliyyə uçotuna daxil edilib.//apa



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əli Əsədovdan AÇIQLAMA

“Xəzər dənizinin sürətlə dayazlaşması fonunda Azərbaycan Xəzəryanı ölkələrin əməkdaşlığının gücləndirilməsinə çağırır”.

Bakıda böyük söküntü: Sakinlərə veriləcək pul necə hesablanacaq?

Bakı şəhərində həyata keçiriləcək genişmiqyaslı yenidənqurma və abadlıq işləri artıq gündəmin əsas mövzularından birinə çevrilib. Bu proses çərçivəsində köhnə və qəzalı tikililərin sökülməsi, əvəzində isə müasir yaşayış və infrastruktur obyektlərinin inşası planlaşdırılır. Paralel olaraq, sakinlərin köçürülməsi, kompensasiya və yeni mənzillərlə təmin olunması məsələləri də ön plana çıxır.

Nazirdən Azərbaycanda maaş artımı ilə bağlı AÇIQLAMA

"İndiyə qədər icra edilmiş bütün sosial paketlərdə minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul olunub. Qeyd etdiyim kimi, ötən dövr ərzində minimum əməkhaqqı 3.1 dəfə artaraq 130 manatdan 400 manata yüksəlib".

“ChatGPT”də problem yarandı

OpenAI” şirkətinin dünyaca məşhur “ChatGPT” süni intellekt çat-botunun fəaliyyətində qlobal nasazlıq yaranıb.