banner
banner

Gündəm

Türk milyarderin satdığı 73 illik zavod BAĞLANDI

Türk milyarderin satdığı 73 illik zavod BAĞLANDI

Sakaryanın ən köklü sənaye müəssisələrindən biri olan 73 illik Adapazarı Şəkər Zavodu bağlanır.

Cia.az "Haberler.com"a istinadən xəbər verir ki, Murat Ülkerin sahibi olduğu "Yıldız Holding"in kvota satışından sonra bağlanma prosesinə girən zavodda 500-ə yaxın işçi işsiz qalmaq riski ilə üzləşib.

Məlumata görə, "Bor Şeker" şirkətinin "Yıldız Holding"dən şəkər kvotasını satın alması ilə zavodun bağlanma müddəti başlayıb. Rəqabət Qurumunun müvafiq qərarı təsdiqləməsindən sonra müəssisənin tamamilə fəaliyyətsiz qalacağı bildirilir.

Bu qərarın ən ağır zərbəni məşğulluq sahəsinə vuracağı gözlənilir. 500 nəfərlik işçi qüvvəsi ilə yanaşı, zavod ətrafında formalaşan kənd təsərrüfatı, nəqliyyat və yan sənaye sahələrinin də bu prosesdən mənfi təsirlənəcəyi qaçılmazdır.

İllik təxminən 600 min ton çuğundur emal edən müəssisə region üçün strateji əhəmiyyət kəsb edirdi. Yeni plana əsasən, regionda istehsal olunan çuğundur artıq Niğdedə yerləşən "Bor Şeker" müəssisələrində emal ediləcək.

Hadisə ilə bağlı "Şeker-İş" Həmkarlar İttifaqının Adapazarı filialı sərt bəyanat yayıb.

Bəyanatda fabrikin bağlanmasının həm iqtisadi, həm də sosial fəsadlar doğuracağı vurğulanıb.

Həmkarlar ittifaqı rəsmiləri istehsalın davam etdirilməsi və iş yerlərinin qorunması üçün aidiyyatı qurumları hərəkətə keçməyə çağırıb.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əli Əsədovdan AÇIQLAMA

“Xəzər dənizinin sürətlə dayazlaşması fonunda Azərbaycan Xəzəryanı ölkələrin əməkdaşlığının gücləndirilməsinə çağırır”.

Bakıda böyük söküntü: Sakinlərə veriləcək pul necə hesablanacaq?

Bakı şəhərində həyata keçiriləcək genişmiqyaslı yenidənqurma və abadlıq işləri artıq gündəmin əsas mövzularından birinə çevrilib. Bu proses çərçivəsində köhnə və qəzalı tikililərin sökülməsi, əvəzində isə müasir yaşayış və infrastruktur obyektlərinin inşası planlaşdırılır. Paralel olaraq, sakinlərin köçürülməsi, kompensasiya və yeni mənzillərlə təmin olunması məsələləri də ön plana çıxır.

Nazirdən Azərbaycanda maaş artımı ilə bağlı AÇIQLAMA

"İndiyə qədər icra edilmiş bütün sosial paketlərdə minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul olunub. Qeyd etdiyim kimi, ötən dövr ərzində minimum əməkhaqqı 3.1 dəfə artaraq 130 manatdan 400 manata yüksəlib".