banner
banner

Gündəm

Nazir aparat rəhbəri və müşavir təyin etdi – FOTO

Nazir aparat rəhbəri və müşavir təyin etdi – FOTO

Gənclər və İdman Nazirliyində yeni kadr təyinatları olub.

Bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Elşad Məmmədov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub.

Bundan əlavə, indiyədə qədər Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Fərid Məmmədzadə Aparat rəhbəri təyin edilib.

Qeyd edək ki, Fərid Məmmədzadə 1990-cı ildə anadan olub. O, 2021-2022-ci illərdə gənclər və idman nazirinin köməkçisi, 2022-2025-ci illərdə nazirin müşaviri vəzifələrində çalışıb./İqtisadiyyat.az/

Fotoda Fərid Məmmədzadə

 

 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əli Əsədovdan AÇIQLAMA

“Xəzər dənizinin sürətlə dayazlaşması fonunda Azərbaycan Xəzəryanı ölkələrin əməkdaşlığının gücləndirilməsinə çağırır”.

Bakıda böyük söküntü: Sakinlərə veriləcək pul necə hesablanacaq?

Bakı şəhərində həyata keçiriləcək genişmiqyaslı yenidənqurma və abadlıq işləri artıq gündəmin əsas mövzularından birinə çevrilib. Bu proses çərçivəsində köhnə və qəzalı tikililərin sökülməsi, əvəzində isə müasir yaşayış və infrastruktur obyektlərinin inşası planlaşdırılır. Paralel olaraq, sakinlərin köçürülməsi, kompensasiya və yeni mənzillərlə təmin olunması məsələləri də ön plana çıxır.

Nazirdən Azərbaycanda maaş artımı ilə bağlı AÇIQLAMA

"İndiyə qədər icra edilmiş bütün sosial paketlərdə minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul olunub. Qeyd etdiyim kimi, ötən dövr ərzində minimum əməkhaqqı 3.1 dəfə artaraq 130 manatdan 400 manata yüksəlib".