banner
banner

Dünya

51 ixtisasdan birinə malik olmaq Qazaxıstana yerləşmək üçün bəsdir

51 ixtisasdan birinə malik olmaq Qazaxıstana yerləşmək üçün bəsdir

Qazaxıstanda yaşayış icazəsi üçün müraciət edərkən dəyərli mütəxəssislərdən, istedadlardan və investorlardan qazax dilində bilik imtahanı vermək tələb olunmur.

Cia.az xarici mediaya istinadla xəbər verir ki, bu şəxslər üçün "bal qiymətləndirmə" proseduru, yəni namizədin effektivliyini qiymətləndirmək üçün hərtərəfli sistem tətbiq edilmir.

Qazaxıstanın əmək və sosial müdafiə naziri Askarbek Yertayev yeni immiqrasiya qanunvericiliyi haqqında danışaraq deyib: "Əgər Qazaxıstanda iş tapmaq, yaşayış icazəsi almaq və ölkədə tələb olunan bir peşəyə sahib olmaq istəyirsinizsə - məsələn, siz İT mütəxəssisi, mühəndis, nüvə fiziki, neyrocərrah, onkoloq və s. - onda dil imtahanından və ya bal toplama prosedurundan keçməyə ehtiyac yoxdur. Yəni, ölkəmizin rifahı üçün işləmək istəyən və 51 peşədən ibarət siyahıda zəruri ixtisasa sahib olanlar üçün yaşayış icazəsi almaq prosesini sadələşdiririk", - deyə nazir bildirib.

Reyestrdə həmçinin neyrocərrah, hematoloq, əczaçılıq mühəndisi, bakterioloq, qrafik animasiya texniki və digər peşələr də var.

Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva bu cür tədbirlərin iqtisadi dəyişikliklərə sürətli reaksiya verməyə və həqiqətən tələb olunan mütəxəssislərin cəlb olunmasını təmin etməyə imkan verəcəyini proqnozlaşdırır.

Xatırladaq ki, ABŞ-də yaşayı icazəsi almaq üçün ingilis dili testi var (tələb olunan səviyyə daha yüksəkdir - ən azı B2). Almaniyada yaşamaq istəyənlər alman dilindən, Rusiyaya yerləşmək arzusunda olanlar isə artıq rus dilindən imtahan verməlidirlər. Dil imtahanı digər ölkələrdə də effektiv olduğu sübut edilmiş kifayət qədər təsirli miqrasiya nəzarəti vasitəsidir. Qazaxıstan isə bu prosesi sadələşdirərək ölkəyə hazır mütəxəssislər cəlb etmək fikrindədir.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ABŞ-dən təcili çağırış: İranı dərhal tərk edin

ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını İrandan təcili şəkildə çıxmağa çağırıb. Musavat.com xəbər verir ki, rəsmi açıqlamada ABŞ vətəndaşlarına yerli medianı izləmək, uçuşlarla bağlı məlumatları kommersiya daşıyıcılarından dəqiqləşdirmək tövsiyə olunur.

Çin tankeri ABŞ blokadasını YARDI

ABŞ-ın sanksiya siyahısında olan Çinə məxsus "Rich Starry" tankeri dəniz blokadası başladıqdan sonra Hörmüz boğazından keçib.

Müctəba Xameneinin müşaviri dəöldü

İsrailin hava zərbələri nəticəsində ağır yaralanmış İranın Ali Rəhbəri Müctəba Xameneinin müşaviri və ölkənin Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi həyatını itirib.